
Gəncədə iki avtomobil toqquşub, hadisə nəticəsində iki qadın yaralanıb.
Gununsesi.info xəbər verir ki, hadisə şəhərin şərq çıxacağında qeydə alınıb.“VAZ2106” və “Niva” markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində “VAZ2106” da olan iki qadın müxtəlif bədən xəsarətləri alaraq dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.Xəstəxanadan əldə etdiyimiz məlumata görə, hər iki qadının vəziyyəti orta ağır olaraq qalır .
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Gununsesi.info