Gəncədə iki nəfər bıçaqlanıb

  • By ilhame
  • 18 Mart 2024 20:09

Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb.

 

Gununsesi.info-nun məlumatına görə, 1995-ci il təvəllüdlü E.Əsgərov və 1985-ci il təvəllüdlü S.Məsimov mübahisə zəminində bıçaq xəsarətləri alıb.

 

Hər iki şəxs xəstəxanaya aparılıb.

 

Onların kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info