
Gəncədə dava zamanı iki nəfər bıçaqlanıb.
APA-nın məlumatına görə, şəhər sakini, 1993-cü il təvəllüdlü Rəsulov Sahil Eynulla oğlu və Göyçay rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov Cavid Davud oğlu bıçaq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumata görə, həmin şəxslər 3 nəfərlə dalaşarkən bıçaqlanıblar.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Gununsesi.info