Gəncədə iki nəfər dəm qazından zəhərlənib

  • By admin
  • 04 Yanvar 2023 19:34

Gəncədə iki nəfər dəm qazından zəhərlənib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən binaların birində qeydə alınıb. 1970-ci il təvəllüdlü Mayıl Abdulayev və 1975-ci il təvəllüdlü Ruhiyyə Bağırova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

 

Məlumata görə, onlar yaşdıqları evdə dəm qazından zəhərləniblər.

Gununsesi.info