
Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hələ ki, sürücüsü məlum olmayan olmayan “VAZ 21015” markalı avtomobil yolu keçmək istəyən 1979-cu il təvəllüdlü Əsgərova Nəzakət və onun qızı, 2002-ci il təvəllüdlü Əsgərova Turanəni vurub.
Xəsarət alan piyadalar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılıblar. Onlara tibbi yardım göstərilib. Yaralılardan birinin vəziyyəti normal, digərinin isə kafi qiymətləndirilir.
Gununsesi.info