Gəncədə ikimərtəbəli evdə yanğın oldu

  • By Ayshan
  • 09 Noyabr 2025 19:57

Gəncədə yanğın qeydə alınıb.

Gununsesi.info -nun  məlumatına görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində baş verib. Belə ki, sözügedən ərazidə yerləşən ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və şəxsi heyəti cəlb olunub.

Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının baş vermə səbəbləri araşdırılır. (unikal.az)