Gəncədə intihar edən əsgərin - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə N saylı hərbi hissədə xidmət edən əsgər özünü yataqxana binasından ataraq intihar edib.

Gununsesi.info-nun məlumatına görə, həyatına son qoyan əsgər, 2004-cü il təvəllüdlü Nurəddin Hüseynov Bakı şəhər Xəzər rayonu Mərdəkan qəsəbə sakini olub. Onun nəşi ailəsinə təhvil verilib və Mərdəkanda dəfn edilib.

Mərhum əsgərin fotosunu təqdim edirik.

Qeyd edək ki, əsgərin intiharı ilə bağlı Gəncə Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Artıq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib.