Gəncədə investisiya layihələrinin qəbulu başlanır

  • By admin
  • 27 Dekabr 2016 10:51

skmf

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Gəncə şəhərində sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info bildiriblər ki, layihələrdə istixana təsərrüfatlarının, üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, plastik qapı-pəncərə və sabun istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Anar

Gununsesi.info