Gəncədə küçə itlərinin güllələnməsi ilə bağlı görüntülər yayılıb.
Gununsesi.info xəbər verir ki, yaşlı kişinin şəhərin küçələrində itləri güllələməsi, digər bir şəxsin isə motosikletlə həmin heyvanların leşlərini toplaması iddia edilib. Sosial şəbəkələrdə yayılan görüntülərdə küçədə heyvanlara atəş açılmasının insanlar üçün də təhlükəli ola biləcəyi qeyd edilib.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov isə açıqlamasında görüntülərlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparıldığını qeyd edib: “Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.