Dünən Gəncənin “Kəlbəcər qərərgahı” adlanan qəsəbəsində Qarabağın müdafiəsi uğrunda şəhid olan Şəhriyar Mehdiyevin 3 mərasimi keçirilib.
Gununsesi.info-nun mərasimdə iştirak edən əməkdaşının verdyi xəbərə görə, şəhidin hüzr məclisinə Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan həmyerliləri, ictimaiyyət nümayəndələri, Kəlbəcər Rayon icra hakimiyyətinin başçısı və təmsilçiləri qatılıb.
3 minə yaxın insanın iştirak etdiyi məclisdə Azərbaycan ordusunun Qarabağdakı son uğurlu əməliyyatından danışılıb. Şəhidin qardaşı Gununsesi.info-ya verdiyi açıqlamasında qardaşı haqqında danışıb.
Bildirib ki, Şəhriyar bir neçə gün sonra məzuniyyətə gəlməli imiş.
“Vətən sağolsun” deyən şəhid qardaşı Şəhriyarın Azərbaycan xalqının xatirəsində qalacağını bildirib.
Mais
Gununsesi.info