
Yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır
-09:51
Bugün Gəncə şəhər 8 saylı orta məktəbdə bıçaqlanma hadisəsi olub .
Gununsesi.info bildirir ki, məktəbin 11-ci sinif şagirdlərindən biri sinif yoldaşını bıçaqlayaraq qətlə yetirib.
Hadisə bir neçə dəqiqə əvvəl baş verdiyindən adları təqdim edə bilmədik.
Xəbər yenilənir.
Gununsesi.info