Gəncədə 9-cu sinif şagirdi itkin düşüb.
Gununsesi.info-nun məlumatına görə, Gəncə şəhər sakini 2011-ci il təvəllüdlü Elşan Alıməmmədov ötən gün yaşadıqları evdən hazırlıq adı ilə çıxıb. Bundan sonra məktəblidən xəbər olmayıb.
Qeyd edək ki, Elşan Alıməmmədov Gəncə şəhər M.Hadi adına 10 nömrəli məktəbin 9-cu sinif şagirdidir. Hazırda məktəblinin tapılması istiqamətində polis tərəfindən axtarışlar davam etdirilir.











