Gəncədə mənzildən qadın meyiti tapıldı

  • By Mayil
  • 23 Dekabr 2016 16:02

ambulani
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə daxil olmuş və Bayramova Elmira Ənvər qızınıncəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 11:55-də başa çatıb.
Anar
Gununsesi.info