Gəncədə mənzildən tapılan meyitin kimliyi məlum olub

  • By ilhame
  • 09 Dekabr 2023 22:57

Gəncə şəhərində yerləşən yataqxanaların birində qadın intihar edib.

 

Gununsesi.info-nun məlumatına görə, 1989-cu il təvəllüdlü Qəmər Səlimova özünü asıb. İntiharın səbəbləri hələ məlum deyil.

 

Qeyd edək ki, yaxınları qadından bir neçə gün xəbərsiz olublar.

 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və mənzilin qapısı sındırılaraq içəriyə daxil olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info