Gəncədə maşın işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb

  • By admin
  • 28 Dekabr 2016 23:39

5b9a0df4-8221-4e1f-9801-8a1465ee78e0_292

 

Gəncə şəhərində sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun 1-ci km-də baş verib.

Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Musa Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan sürücüyə tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti qənaətbəxşdır. Avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info