Gəncədə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.
Hərəkətdə olan 99 GJ 102 dövlət nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında yığılan divar daşlarına çırpılıb.
Qəza zamanı avtomobilin sərnişini, 1992-ci il təvəllüdlü Xanım Əbülfəz qızı Nəsirova hadisə yerində ölüb. Avtomobilin qadın sürücüsü, 1986-cı il təvəllüdlü Nurlana Kərimova isə yüngül xəsarət alıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Gununsesi.info