Gəncədə partlayış: Ağır yaralanan var

  • By Günel
  • 16 Mart 2025 15:38

Gəncədə suqızdırıcı partlayıb, ağır xəsarət alan var.

Gununsesi.info xəbər verir ki, hamam otağında su qızdırıcının partlaması nəticəsində Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Əli Xudiyevin üzərinə qaynar su dağılıb.

O, ağır yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Zərərçəkənin vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info