Gəncədə partlayış oldu

Gəncədə ölümlə nəticələnən partlayış olub.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Muxtar Hacıyev küçəsində yerləşən binada qeydə alınıb.

HTML tutorial

Belə ki, mənzillərin birində partlayış baş verib. Hadisə nəticəsində 4 nəfər azyaşlı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 2020-ci il təvəllüdlü Z. Musayevanı xilas etmək mümkün olmayıb və o ölüb. Üç nəfərin vəziyyəti isə orta ağırdır.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Gununsesi.info