Gəncədə polis əməkdaşı döyülüb

  • By admin
  • 30 Mart 2018 10:00

Kəlbəcər Polis Şöbəsinin əməkdaşı döyülüb.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, hadisə Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı yeni yaşayış massivində qeydə alınıb.

Dava zamanı rayon Polis Şöbəsinin post-patrul nəfəri 1991-ci il təvəllüdlü Alışanov Səttam Azad oğlu döyülərək müxtəlif bədən xəsarətləri alıb. O dərhal xəstəxanaya çatıdırılıb.

Faktla bağlı hüquq-mühafizə orqnaları tərəfindən araşdırma aparılır.

Gununsesi.info