Gəncədə qadın abort zamanı ölüb

  • By admin
  • 04 Yanvar 2017 19:08

meyit

 

Gəncədə ölüm hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının ginekologiya şöbəsində qeydə alınıb. Goranboy rayon sakini, 1988-ci il təvəllüdlü Aslanova Gülşən Şəmsəddin qızı abort zamanı ölüb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

 

 

Gununsesi.info