Gəncədə qadın baş nahiyəsindən bıçaqlanıb.
Gununsesi.info-nun məlumatına görə, hadisə bu gün şəhər ərazisində baş verib. Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Aysel Musayeva baş nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Qadın əməliyyat olunub, vəziyyəti orta-ağır qiymətləndirilir.
İlkin araşdırmalardan sonra qadının həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilib.
Hazırda polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində tədbirlər görülür.













