Həşimova respublikanın müxtəlif bölgələrində vətəndaşlara yalan vədlər verərək onların pulunu mənimsəyib. Gəncə şəhərində vətəndaşları aldadaraq dələduzluq yolu ilə onların pulunu mənimsəməkdə təqsirləndirilən qadın saxlanılıb. Oxu.Az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, bir neçə Gəncə şəhər sakini polisə müraciət edərək Kifayət adlı qadının onlara yalan vədlər verərək pullarını mənimsəməsi barədə şikayət ediblər. Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam rayonunda anadan olan, hazırda Ukrayna Respublikasının vətəndaşı, 1968-ci il təvəllüdlü Kifayət Rəhim qızı Həşimova saxlanılıb. Araşdırma zamanı məlum olub ki, K. Həşimova respublikanın müxtəlif bölgələrində vətəndaşlara yalan vədlər verərək onların 50 min manatdan çox pulunu mənimsəyib. Gəncədə isə onun 20 min manatlıq dələduzluq faktı qeydə alınıb. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. E.Ə.www.oxu.az
Gəncədə qadın dələduzluq etdi
- By admin
- 24 May 2016 17:21
DİGƏR XƏBƏRLƏR
-
14 Yanvar 2025 17:11
Göygöldə yeniyetmə sinif yoldaşını bıçaqladı
-
14 Yanvar 2025 16:06
Bakıda kəsici alətlə evə hücum edən şəxs saxlanıldı
-
14 Yanvar 2025 15:31
Rauf İsfəndiyarovun köməkçisinə də cinayət işi açıldı
-
14 Yanvar 2025 13:49
Bakıda əməliyyat:
-
14 Yanvar 2025 09:31
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlayanlar saxlanıldı
-
13 Yanvar 2025 23:07
Məhkəmədən tiktoker “Vaqa” ilə bağlı qərar
-
13 Yanvar 2025 22:45
Elariz Məmmədoğlunun kürəkəni məhkəmə qarşısında:
-
13 Yanvar 2025 21:17
Məşhur iş adamının şirkəti məhkəməyə verildi
-
13 Yanvar 2025 13:46
Doğranmış meyiti tapılan şəxsin oğlu tutuldu:
-
13 Yanvar 2025 13:34
Qətlinə görə tutulan arvadı sərbəst buraxıldı, oğlu saxlanıldı
-
13 Yanvar 2025 10:16
Bakıda məşhur şirkətin ərazisində faciə:
-
12 Yanvar 2025 17:33
Qalmaqallı iş adamı yenidən gündəm oldu: