Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib

  • By admin
  • 30 Noyabr 2022 00:07

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyevin iştirakı ilə şəhərdə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib.

HTML tutorial

Bu barədə Gununsesi.info-ya Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib. Qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə keçirilən reyd şəhərin müxtəlif ərazilərini, o cümlədən mərkəzi hissəsini əhatə edib.

 

Gəncənin Nizami prospekti boyunca davam edən reyd zamanı səkilərdə piyadaların hərəkətinə maneə törədən pərakəndə ticarətlə məşğul olanlara xəbərdarlıq edilib. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının və Baş Polis İdarəsinin əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər apararaq, yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.

 

Keçirilən reyd sakinlər tərəfindən rəğbətlə qarşılanıb. Onlar yol kənarında satılan mənşəyi məlum olmayan ərzaq məhsullarının antisanitar vəziyyət yaratdığını bildirməklə, şəhərin ümumi görünüşünə də xələl gətirdiyini qeyd ediblər.

Reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olanlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. Reydlər bundan sonra da davam etdiriləcək.

Gununsesi.info