Gəncədə quyruqlu yumurta – Foto

  • By admin
  • 16 Sentyabr 2016 20:49

foto_160916_04

 

Gəncədə Kazımovlar ailəsinin təsərrüfatında baş verən hadisə hər kəsi təəccübləndirib.

HTML tutorial

Gununsesi.info Kəpəz TV-yə istinadən xəbər verir ki, quyruqlu yumurta sanki insan rüşeymini xatırladır.

Təsərrüfatın sahibəsi Ülviyyə Kazımova deyib ki, ilk dəfədir, belə halla rastlaşır.

Mütəxəssislər isə bunu quşlarda müşahidə edilən patoloji dəyişikliklə əlaqələndirirlər.

Mütəxəssis Mahir Hazıyev deyib: “Belə yumurtaların əmələ gəlməsinə quşlarda yumurta borusu xəstəliklərinin yaranması səbəb olur. Bu da yemləmə, bəsləmə faktoru ilə bağlı olur. Quşlarda müəyyən mineral maddələrin çatışmazlığı zamanı yumurta borusunda yaranan xəstəlik nəticəsində buna bənzər formalarda yumurtalar əmələ gəlir”.

 

Gununsesi.info