
Gəncə şəhər sakininə məxsus mağazanın anbarından 147 ədəd saxta əmtəə nişanlı araq aşkar edilərək götürülüb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Gəncə şəhər sakini Arif Hüseynova məxsus mağazanın anbarına baxış zamanı oradan 147 ədəd saxta əmtəə nişanlı araq aşkar edilərək götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info