Gəncədə silahlı insident - POLİS ƏMƏKDAŞI YARALANDI

  • By admin
  • 31 Yanvar 2018 10:24

Gəncə şəhərində polis əməkdaşına odlu silahdan atəş açılıb.

Gununsesi.info report.az-a istinadən məlumat verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. Gecə saatlarında hələki şəxsiyəti bilinməyən şəxs tərəfindən polis əməkdaşına odlu silahdan atəş açılıb. Polis əməkdaşı ayağından güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Vəziyyətin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Prakurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Gununsesi.info