Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən Mərkəzi univermaq binasının bir hissəsinin çökmə ehtimalının olması barədə məlumat daxil olub.
FHN-dən Gununsesi.info-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Univermaq binasında çökmə ehtimalı nəzərə alınaraq binadakı vətəndaşların təxliyəsi təşkil olunub.
***
10.59
Gəncədə yerləşən “Mərkəzi Univermaq” ticarət mərkəzinin bir hissəsində çökmə təhlükəsi yaranıb.
Gununsesi.info-nun yerli bürosu xəbər verir ki, hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb olunub. Binaya baxış keçirilir.
Gununsesi.info