Gəncədə xəsarətlə nəticələnən yol qəzası yaşandı

  • By admin
  • 14 Avqust 2017 09:19

qeza_0369

Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

“VAZ 2107” və “OKA” markalı avtomobillərin toqquşması nəticəsində şəhər sakini, 1969-cu il təvəllüdlü Qasımova Məhbubə Kazım qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğu üçün o reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info