Gəncədə yağış suları ciddi fəsadlar törədib

  • By ilhame
  • 24 Mart 2024 15:28

Gəncə şəhərində yağış suları ciddi fəsadlara yol açıb.

 

Gununsesi.info xəbər verir ki, şəhərin Bayan küçəsi 10 a ünvanında Cahangir Əliyevə məxsus evin barısını yağış suları yuyub və barı tamamilə uçub.

 

İlkin məlumata görə, barının altında 6 baş xırda buynuzlu heyvan, o cümlədən 15 ev quşu tələf olub. Evə ciddi ziyan dəyib.

 

Bundan əlavə qonşuluqdakı evlərin divarları çatlayıb, yaşayış yerinin yolları sıradan çıxıb.

 

Gununsesi.info