Gəncədə yağışlı hava qəzaya səbəb olub, ölən var

Gəncədə yağışlı hava ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə səbəb olub.

Gununsesi.info xəbər verir ki, hadisə Gəncə Şəmkir yolunun 1 kilometrində qeydə alınıb.

HTML tutorial

Hərəkətdə olan “Prado” ilə VAZ markalı minik maşını toqquşub. Qəza zamanı 1 nəfər ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info