Gəncədə yanğın: 1 nəfər yanaraq öldü

  • By admin
  • 26 Yanvar 2017 10:11

meyit

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 98 m2 olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 50 m2 sahədə yanıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə,yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Arif Məmməd oğlu Sultanovun yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info