Gəncədə yaşayış binasında yanğın baş verdi

  • By admin
  • 13 İyul 2022 09:05

Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 24 m² olan mənzildə 1 ədəd kreslo və 4 m² sahədə divar kağızı yanıb.

Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info