Gəncədə yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi

  • By admin
  • 16 Aprel 2018 10:20
Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 60 m2 sahədə məişət tullantıları yanıb.
Gununsesi.info FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı binadan 6 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və zirzəminin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info