Gəncədə yol qəzası: - İki "VAZ" toqquşdu

  • By Günel
  • 26 Yanvar 2025 13:27

Gəncə şəhərində iki “VAZ” markalı avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib.

Gununsesi.info Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə şəhərin Mircəlal Paşayev küçəsində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobillə “VAZ 21011” markalı maşınların toqquşması nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Gununsesi.info