Gəncədə iki qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, qəza şəhər ərazisində qeydə alınıb. Hadisə zamanı 1998-ci il təvəllüdlü Anarə Əhmədova və 1991-ci il təvəllüdlü Elnarə Şahbazova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı araşdırma aparılır. (Teleqraf)













