Gəncədə yolu keçən qadını avtomobil vurub

  • By admin
  • 20 İyul 2017 21:43

qeza_esas_7458

Gəncədə piyadanı avtomobil vurub. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin 28 May küçəsində baş verib.

Şəhər sakini 1990-cı il təvəllüdlü Xəyalə Verdiyeva yolu keçən zaman avtomobil onu vurub. Qadın Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyəti normal qiymətləndirilir.

İlkin məlumata görə, qadını “Lada” markalı avtomobil vurub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info