Gəncədə Zəfər Günü münasibəti ilə “Zəfərin mübarək, Azərbaycan!” adlı konsert proqramı təşkil olunub.
Gununsesi.info xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konsert proqramı şəhərin Heydər Əliyev meydanında baş tutub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop,Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri,şəhid ailələri və qazilər iştirak ediblər.
Şəhər sakinləri konsert proqramını coşqu ilə qarşılayıb. Yerli incəsənət xadimləri vətənpərvərlik mövsusunda musiqlər səsləndirib.
8 Noyabr – Zəfər Günü münasibəti ilə baş tutan konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.