
Gəncədə zəncirvari qəza baş verib.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Şah İsmayıl və Atatürk prospektlərinin kəsişməsində qeydə alınıb.
Hadisə nəticəsində 6 saylı marşrut üzrə sərnişin daşıma ilə məşğul olan “Hyundai” markalı avtobus “Hyundai Elantra” və “Mercedes” markalı avtomobillərlə toqquşub.
İlkin məlumatlara görə, hadisə nəqliyyat vasitələrindən birinin işıqforun dayan əmrinə tabe olmaması səbəbindən baş verib.
Qəza nəticəsində 1993-cü il təvəllüdlü Süleymanova Ramidə xəsarət alıb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Gununsesi.org