“Gəncədəki hərbi obyektlərin vurulması xəbəri yalandır” - MÜDAFİƏ NAZİRLİYİ

  • By admin
  • 04 Oktyabr 2020 12:47

Erməni tərəfinin guya Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbər təxribat xarakteri daşıyır və yalandır.

Gununsesi.info xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, düşmən tərəfindən açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib.

 

 

Gununsesi.info