Gəncənin rəisi Bakıya gətirilir – ÖZƏL

  • By admin
  • 20 İyun 2020 15:49

Yaxın günlərdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov öz vəzifəsindən azad ediləcək.

Gununsesi.org-un əldə etdiyi məlumata görə, onun Mirqafar Seyidovun yerinə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, Əkbər İsmayılov bundan öncə Sumqayıt Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışırdı. O, hazırkı vəzifəsinə ötən ilin fevral ayında təyin edilmişdi.

Gununsesi.org