Gəncənin yeni başçısı sakinləri dinlədi- NİYAZİ BAYRAMOV İLK QƏBULUNU KEÇİRDİ

Gəncənin yeni başçısı sakinləri dinlədi

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Niyazi Bayramov fəaliyyətinin ilk günlərində vətəndaşlarla görüş keçirib. 

Gəncə şəhər icra hakimiyyətindən Gununsesi.info-ya verilən məlumatda qeyd olunur ki, icra başçısı 50-y yaxın vətəndaşla görüşüb.

Onların şikayətləri, təklifləri dinlənilib.  Müraciətlər arasında işlə təminat, vətəndaşlara torpaq sahələrinin verilməsi, qəzalı vəziyyətdə olan binaların təmiri, dam örtüklərinin dəyişdirilməsi kimi məsələlər üstünlük təşkil edib.

Həmçinin fərdi məşqulluq layihəsinin dəstəklənməsi, əlillik statusunun alınması ilə bağlı da müraciət edənlər olub. Bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyəti qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.

COMMENTS