Gəncəyə növbəti raket hücumunun ildönümüdür

Azərbaycan 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsi zamanı beynəlxalq humanitar hüququn norma və qaydalarına ciddi şəkildə əməl etdi.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Ermənistanın mülki infrastrukturunu, yaşayış binalarını, həmçinin digər social obyektləri hədəfə almadı. Qarşı tərəf, yəni Ermənistan isə bunun tam əksini nümayiş etdirdi. Rəsmi İrəvan Azərbaycanı haqlı davasından çəkindirmək üçün dinc insanların yaşadıqları Tərtər, Bərdə və Gəncə şəhərlərini aramsız artilleriya atəşinə məruz qoydu.

HTML tutorial

Bu hücumlar əsasən oktyabr ayında gerçəkləşdirildi. Azərbaycanın ikinci böyük şəhəri, elm, təhsil və mədəniyyət yurdu qədim Gəncədə bu raket atəşləri böyük fəsadlar törətdi.

Bu gün, oktyabrın 8-i Nizami yurduna Ermənistanın növbəti raket hücumunun ildönümüdür. Xoşbəxtlikdən 8 oktyabr hücumunda həlak olan və yaralanan olmayıb.

Ancaq digər raket hücumları ilə bağlı bunu demək mümkün deyil. Belə ki, oktyabrın 4-də edilən hücumda 1 mülki şəxs şəhid olub, 30-dan çox mülki şəxs yaralanıb.

Bundan bir gün sonar, oktyabrın 5-də gerçəkləşdiirlən hücum zamanı 3 mülki şəxs yaralanıb.

Oktyabrın 11-də 10 mülki şəxs şəhid olub, 40-dan çox insan yaralanıb.

Ən böyük hücum isə oktyabrın 17-də baş tutub. Bu zaman 16 nəfər şəhid olub, 55 nəfər yaralanıb.

Bu hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla digər binalara, şəxsi minik avtomobillərinə böyük ziyan dəyib.

Növbəti Gəncə terrorunun baş verməsinin ikinci ildönümündə bu terror qurban gedən soydaşlarımızın əziz xatirəsini sayğı ilə yad edirik. Ruhları şad olsun!

Gununsesi.info