Gənc aktyor evinə gələn qonağı yuxuda olarkən ZORLADI

  • By admin
  • 11 Noyabr 2017 09:57

“Gossip Girl” serialı ilə tanınan aktyor Ed Vestvikin adı təcavüz qalmaqalına qarışıb.

Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, 30 yaşlı aktrisa Kristina Kohen Edin 3 il öncə onu zorladığını etiraf edib:

“Həmin vaxtı Ed sevgilimin dostu idi. Bir gün onun evinə qonaq getdik. Yeməkdən sonra qonaq otağında uzanmışdım, yuxu tutub, yatmışam. Oyananda Ed üstümə uzanmışdı. Ondan dayanmağımı tələb etdim, ancaq güclü idi. Əli ilə ağzımı bağladı və məni zorladı. Sevgilimin bundan xəbəri oldu. Əgər danışsam karyeramın bitəcəyini dedilər. Təcavüzdən sonra çox ağır depressiya keçirdim”.

Qeyd edək ki, son zamanlar Hollivud ulduzları barədə xeyli zorlanma xəbərləri yayılır.

Gununsesi.info