Gənc deputat seçicilərini dinlədi

  • By admin
  • 01 Oktyabr 2017 12:00

naqiv

38 saylı Nizami II (Gəncə) seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Naqif Həmzəyev müraciətlərlə əlaqədar seçiciləri ilə görüşüb. Gununsesi.az APA-ya istinadən bildirir ki, təmsil etdiyi dairədə yaşayan seçicilərini ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələləri dinləyib.

Müraciətlər əsasən gənclərin məşğulluğu, sosial və tibbi yardımlarla bağlı olub. Qəbulda vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Eyni zamanda millət vəkili ona ünvanlanan bütün müraciətləri nəzarətdə saxlayacağını və məsələlərin həllinə köməklik göstərəcəyini bildirib.

Qeyd edək ki, Naqif Həmzəyev hər ay Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında mütəmadi olaraq seçiciləri qəbul edir. Qəbula yazılmaq istəyənlər YAP Gəncə şəhər Təşkilatının qəbul şöbəsinə müraciət edə bilərlər.

Gununsesi.az