Gənc jurnalist, LGBT hüquqları müdafiəçisi Əvəz Hafizli öldürülüb

  • By admin
  • 22 Fevral 2022 18:13

Bu gün saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı jurnalist Əvəz Şıxməmmədovu (Hafizli) bıçaqla qətlə yetirib.

İlkin araşdırmalarla Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Əmrulla Güləliyev tutularaq istintaqa təhvil verilib.

 

Gununsesi.info