Gənc oğlan aldığı xəsarətlərdən öldü

  • By ilhame
  • 10 Mart 2024 11:54

Martın 9-da saat 21:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Əhmədli Səbuhi Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

Gununsesi.info-ya bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Gununsesi.info