Gənc qadın dəm qazından zəhərlənib

  • By admin
  • 06 Yanvar 2018 20:22

İsmayıllı rayonunda zəhərlənmə hadisəsi qeydə alınıb. 

Gununsesi.info xəbər verir ki, hadisə bu gün İsmayıllı şəhərinin Natavan küçəsindəki 36 saylı mənzildə qeydə alınıb. Rayon sakini 1990-cı il təvəllüdlü Əliyeva Könül Həsən qızı yaşadığı evdə dəm qazından zəhərləndiyi üçün təcili yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info