Gənc qız dəm qazından zəhərlənib

  • By admin
  • 08 Yanvar 2018 08:50

Goranboyda zəhərlənmə olub.

Gununsesi.info xəbər verir ki, rayonun Hacıallı kənd sakini, 1995-ci il təvəllüdlü Bəylərbəyova Əfsanə Əhmədqoça qızı dəm qazı zəhərlənməsi əlaməti ilə Goranboy rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, Ə. Bəylərbəyova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

Gununsesi.info