Gənc qız doğma atasından hamilə qalıb - TƏFƏRRÜAT

  • By admin
  • 07 İyul 2017 13:06

zorlama

Qız doğma atasından hamilə qalıb. 

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ölkənin Kütahya şəhərinin mərkəzində yerləşən Gövem məhəlləsində baş verib.

Məhəllədə yaşayan A.K. ötən ilin iyun ayında qarınındakı ağrılara görə, xəstəxanaya aparılıb.

Həkim müayinəsindən sonra gənc qızın 2 aylıq hamilə olduğu ortaya çıxıb. Qızın xəstəxanadakı etirafları həkimləri şoka salıb. O deyib ki, ögey anası ilə birlikdə yaşayır və evdə doğma atası ilə dəfələrlə cinsi əlaqədə olub. Qız atasından hamilə qaldığını etiraf edib.

Qızın etiraflarından sonra ata Y.K. polislər tərəfindən saxlanılıb. Lakin məhkəmədə günahını boynuna almayıb, qızının keçmiş nişanlısından hamilə qaldığını söyləyib.

2 aylıq hamilə olan A.K.-nın körpəsi abort edilib, daha sonra atadan və qızın nişanlısından alınan qan testi örnəkləri nəticəsində məlum olub ki, uşaq A.K.-nın doğma atası Y.K.-dandır.

Hələ də həbsdə olan Y.K.-nın mühakiməsi yaxın günlərdə baş verəcək.

Gununsesi.info