Braziliyada törədilən dəhşətli qətl dünya mətbuatında geniş işıqlandırılıb. 23 yaşlı Ielly Alves adlı gənc qadın güllələnərək ölüb. Alves xəstəxanaya sevgilisi, 27 yaşlı Dieqo Fonseka tərəfindən gətirilsə də, həkimlər müdaxilə edə bilməyincə dünyasını dəyişib.
Gununsesi.info xəbər verir ki, faktlar üzə çıxmamışdan əvvəl Dieqo Fonseka polisə Alveşi motosikletli bir şəxs tərəfindən öldürüldüyünü iddia etsə də, onun verdiyi ziddiyyətli ifadələr və Alvesin mobil telefonundan görüntülərlə həqiqət üzə çıxıb.
Görüntülərdə Fonsekanın pəncərənin yanında dayanaraq silahı Alvesə doğrultduğu görünür. Videoda Alves gülərək Fonsekaya “Gəl, canım, bunu et” dediyi eşidilir. Fonseka tətiyi çəkdikdən sonra Alves yerə yıxılır. Fonseka onu dərhal “Hospital de Clinicas”a aparsa da, Alves dünyasını dəyişib.
Yerli xəbər mənbələrinə görə, xəstəxanaya gələn səlahiyyətlilərə Fonseka iki nəfərin motosikletlə onlara tərəf gəldiyini və onlardan birinin Alvesə iki dəfə atəş açdığını iddia edib. Lakin Alvesin mobil telefonuna baxış zamanı onun qətli törətdiyi məlum olur.
Fonseka qətl ittihamı ilə həbs edilib. Qətl silahı, 380 kalibrli tapança xəstəxananın qarşısında onun avtomobilini saxladığı yerin yaxınlığında ələ keçirilib.
Bildirilib ki, Fonseka keçmiş sevgilisinə qarşı quldurluq və hücumda ittiham olunur.
Gununsesi.info